SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakının bu qəbiristanlığı baxımsız halda - VİDEO

Bakının bu qəbiristanlığı baxımsız halda - VİDEO

  • 08 fevral 2026, 18:41
Bakı

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən qəbiristanlıq baxımsız hala düşüb.

Yurd.Media xəbər verir ki, ərazidəki qamışlar qəbirlərin üzərini örtüb və qəbiristanlıq artıq ziyarətolunmaz vəziyyətə düşüb.

Həmçinin ərazidə gölməçə də yaranıb. 40 mindən çox məzara məkan olan qəbiristanlıq uzun müddətdir, gözdən iraq, təmizlikdən uzaqdır.

Sakinlərin sözlərinə görə, onlar yaxınlarını ziyarət edə bilmirlər, əsas problem qəbiristanlıqdakı gölməçənin qəbirləri suya qərq etməsidir.

Məsələ ilə bağlı Zabrat Bələdiyyəsinin sədr müavini Hikmət Alıyev AzTV-yə bildirib ki, yaxın zamanda bura maliyyə ayrılsa, məsələ həllini tapa biləcək.

Bakının bu qəbiristanlığı baxımsız halda - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları