SÜJET
Bakıda "Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət" adlı tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının, Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon Təşkilatının, Rayon Ağsaqqallar Şurasının rəhbərlikləri və əslən Qərbi Azərbaycandan olan ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışının tarixi zərurət olduğunu bildirib, bu istiqamətdə müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik, uzaqgörən və qətiyyətli siyasəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışlarında tədbirin əhəmiyyətindən danışıblar.
Tədbir əslən Qərbi Azərbaycandan olan aşıqların və rəqs kollektivinin təqdimatları ilə yekunlaşıb.