Bakıda müşahidə olunan güclü külək paytaxtın bir sıra ərazilərində fəsadlar törədib.
Yurd.Media xəbər verir ki, küləyin təsiri nəticəsində müxtəlif küçə və prospektlərdə ağaclar və iri budaqlar qırılaraq yollara və dayanmış avtomobillərin üzərinə düşüb.
Hadisələrdən biri Nizami küçəsində qeydə alınıb. Burada qırılan iri ağac budaqları yol kənarında park edilmiş "Mercedes" və "Chevrolet" markalı avtomobillərin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.