SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Bakıda güclü külək budaqları avtomobillərin üzərinə aşırdı - FOTO

Bakıda güclü külək budaqları avtomobillərin üzərinə aşırdı - FOTO

  • 16 iyul 2026, 18:58
Bakı

Bakıda müşahidə olunan güclü külək paytaxtın bir sıra ərazilərində fəsadlar törədib.

Yurd.Media xəbər verir ki, küləyin təsiri nəticəsində müxtəlif küçə və prospektlərdə ağaclar və iri budaqlar qırılaraq yollara və dayanmış avtomobillərin üzərinə düşüb.

Hadisələrdən biri Nizami küçəsində qeydə alınıb. Burada qırılan iri ağac budaqları yol kənarında park edilmiş "Mercedes" və "Chevrolet" markalı avtomobillərin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. 

Skat.az - Ev və Avtomobil elanları