Bakı şəhərində güclü yağıntı səbəbindən Binə və Sədərək ticarət mərkəzləri arasında yerləşən göl daşıb.
Yurd.Media xəbər verir ki, intensiv yağış nəticəsində göldə suyun səviyyəsi kəskin şəkildə artaraq daşqına səbəb olub. Nəticədə göldə saxlanılan balıqlar ətrafa yayılıb.
Hadisə zamanı ərazidən keçən bəzi şəxslər yaranmış vəziyyətdən istifadə edərək, ətrafa yayılan balıqları tor vasitəsilə tutmağa başlayıblar.