SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakıda binalar niyə mavi rəngdə işıqlandırılıb? - FOTO

Bakıda binalar niyə mavi rəngdə işıqlandırılıb? - FOTO

  • 03 aprel 2026, 08:56
Bakı

Ötən gecə Bakıda bir sıra binaların mavi rəngdə işıqlandırılmasının səbəbi açıqlanıb.

Yurd.Media xəbər verir ki, aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, “Xəzər Media Mərkəzi”, Qız qalası, “Hilton oteli, “Bakı Kristal Zalı” kimi obyektlər və memarlıq abidələri, Bakı Metropoliteninin və “Dəniz Mall”un məlumat lövhələri Ümumdünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar keçirilən "Mavi işıqla işıqlandır" layihəsi çərçivəsində mavi rənglə işıqlandırılıb.

Aksiya ictimaiyyətin diqqətini autizmli şəxslər və onların problemlərinə yönəltmək, autizm haqqında kütləvi maarifləndirmə aparmaq məqsədilə həyata keçirilib.

Autizmin anadangəlmə olan və ömürboyu davam edən neyroinkişaf pozuntusu olduğunu deyən “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova bildirib ki, son statistikaya görə, dünyada yeni doğulan hər 31 uşaqdan biri autizm riski daşıyır. Son bir neçə onillik ərzində autizm statistikasındakı dinamika bu sayın artacağını proqnozlaşdırmağa əsas verir. Bu isə autizm məsələsinə ciddi yanaşmağı tələb edir.

Hər il 2 aprel Dünya Autizm Maarifləndirmə Günü, aprel ayı isə Dünya Autizm Maarifləndirmə Ayı kimi qeyd edilir. Həmin tədbirlər çərçivəsində hər il 2 aprel tarixində dünya miqyasında mötəbər binaların mavi rəngdə işıqlandırılması aksiyası keçirilir. Aprel ayında intensiv maarifləndirmə işləri aparan “Birgə və Sağlam” İctimai Birliyi bu beynəlxalq aksiyaya qoşularaq Bakıda bir neçə mötəbər binanın mavi rəngdə işıqlandırılması üçün təşəbbüslə çıxış edib", - deyə A.Eynalova qeyd edib.

Sonda autizmlə bağlı plakatlar qaldırılıb, "Autizm: Tanı, qəbul et, dəstək ol" şüarı səsləndirilib, havaya mavi şarlar buraxılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları