SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Azərbaycanda süni İntellekt üzrə beynəlxalq standartlar qəbul olunub

Azərbaycanda süni İntellekt üzrə beynəlxalq standartlar qəbul olunub

Azərbaycanda süni intellekt sahəsində beynəlxalq ISO/IEC standartlarına uyğun altı yeni standart qəbul edilib.

Yird.Media xəbər vedrir ki, bu barədə AZSTAND-ın Elektrotexnika, İnformasiya Texnologiyaları və Telekommunikasiya şöbəsinin müdiri Firuzə Bəhri Milli Mətbuatın 150 illiyinə həsr olunmuş standartlaşdırma sahəsində maarifləndirici seminarda məlumat verib.

Yeni standartlar süni intellekt sistemlərinin etibarlılığı, risklərin idarə olunması, verilənlərin həyat dövrü və maşın öyrənməsi sahələrini əhatə edir. Firuzə Bəhri qeyd edib ki, bu sənədlər texnologiyanın səhiyyə, maliyyə və digər sahələrdə təhlükəsiz və etibarlı tətbiqinə xidmət edir.

Tədbirdə həmçinin 2025–2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası”nın icrası və bu strategiyanın standartlaşdırma üzrə tədbirlər planı çərçivəsində həyata keçirildiyi bildirilib.

Prime Leasing