SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Məcnun Məmmədov koronavirusa yoluxdu

Məcnun Məmmədov koronavirusa yoluxdu

  • 13 may 2025, 22:17

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.

Yurd.Media xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir Bakıda keçirilən "Caspian Agro" sərgisi ilə əlaqədar COVID-19 testi verib.

"Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib", - qurumdan bildirilib.

Qeyd edək ki, hər il olduğu kimi kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il də sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyi bildirilib. Bu gün isə sərginin açılışını kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib.

Məcnun Məmmədovun koronavirusa yoluxması barədə ilk xəbəri "Yeni Sabah" yayıb.

Xatırladaq ki, nazir mayın 12-də Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.