Dövlət Gömrük Komitəsi bu ilin iyun ayında (həm də I yarımildə) onun xətti ilə dövlət büdcəsinə daxil olmuş vəsaitlərin strukturunu hələ də açıqlamayıb.
Yurd.Media xəbər verir ki, Komitənin internet səhifəsində sonuncu dəfə may ayının göstəriciləri yerləşdirilib.
Baxmayaraq ki, Maliyyə Nazirliyi avqustun 6-da artıq yanvar-iyul aylarında Komitənin xətti ilə dövlət büdcəsinə daxilolmaların 3 milyard 589,2 milyon manat təşkil etdiyini bəyan edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır. Gömrük daxilolmaları proqnozdan 2,8% az icra edilib.