SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlılarının təlimindən - VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlılarının təlimindən - VİDEO

  • 27 iyun 2026, 17:57

Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında keçirilən “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, təlim ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində regional əməkdaşlığın, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malik olub.

Təlim zamanı xüsusi təyinatlılar şərti hədəfə basqın, yarımqruplar tərkibində binanın təmizlənməsi, mühəndis partlayışlarının həyata keçirilməsi, helikopterlərdən desant endirilməsi, şərti düşmənin zərərsizləşdirilməsi və digər epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

İştirakçı ölkələrin yüksək rütbəli zabitləri təlimin gedişini izləyiblər. Xüsusi təyinatlıların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb", - məlumatda qeyd olunub.

Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlılarının təlimindən - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları