Bu il yanvarın 1-nə Azərbaycanda 220 242 ədəd “Mercedes”, 44 584 ədəd BMW markalı minik avtomobili olub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, “Mercedes”lərin sayı BMW-lərin sayını 4,9 dəfə üstələyib.
Bununla belə, otən il yanvarın 1-nə nisbətən “Mercedes”lərin sayında 1,6%, BMW-lərin sayında isə 9,9% artım olub.