SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Astara İcra Hakimiyyəti ilə MTN-nin saxladığı şəxs arasında yarım milyonluq müqavilə bağlanıldı

Astara İcra Hakimiyyəti ilə MTN-nin saxladığı şəxs arasında yarım milyonluq müqavilə bağlanıldı

  • 05 avqust 2025, 20:32
Astara

Astara Rayon İcra Hakimiyyəti "Elnur-2" Universal istehsalat kommersiya şirkəti ilə maliyyə dəyəri 541,2 min manat olan müqavilə imzalayıb. 

Yurd.Media xəbər verir ki, müqaviləyə əsasən Astara rayonu üzrə daxili yolların əsaslı təmiri işlərihəyata keçiriləcək. 

Qeyd edək ki, İcra Hakimiyyəti ilə “Elnur-2” şirkəti arasında ilk tender razılaşması deyil. Bu ilin mart ayında Astara İcra Hakimiyyətinin müsabiqəsinin əsas qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub. İki tenderin qalibi olmuş şirkət İcra Hakimiyyəti ilə 703 min 588 manatlıq satınalma müqaviləsi bağlayıb.

“Elnur-2” şirkəti ilə Astara İcra Hakimiyyəti arasında tender anlaşması daha əvvəllər də olub. Məsələn, 2019-cu ildə şirkət Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender qazanıb. Eləcə, 2020-ci və 2023-cü illərdə də bu əməkdaşlıq davam edib.

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 ünvanında hüquqi qeydiyyatda olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 manat olan şirkətə Abıyev Zaur Niyaz oğlu rəhbərlik edir.

Həmçinin bildirilir ki, “Elnur-2” şirkətinin adı bir sıra qalmaqallara da qarışıb, öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə verilib. Həmçinin Zaur Abıyevin adı “MTN işi”ndə zərərçəkən kimi qeyd edilib. Zaur Abıyev özü bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da MTN əməkdaşları tərəfindən saxlanılıb. 

Prime Leasing