SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
ARB TV Yurd.Media-nın 1 yaşı ilə bağlı süjet hazırlayıb - VİDEO

ARB TV Yurd.Media-nın 1 yaşı ilə bağlı süjet hazırlayıb - VİDEO

  • 08 aprel 2026, 15:54

ARB Televiziya Kanalı Yurd.Media-nın 1 yaşı münasibətilə süjet hazırlayıb.

ARB-nin "Günə doğru" verilişində yayımlanan süjetdə qeyd olunur ki, Yurd.Media Azərbaycanın bölgələrinin həyatının işıqlandırılması üzrə ixtisaslaşmış xəbər, multimedia, araşdırma portalı kimi 7 aprel 2025-ci il tarixində fəaliyyətə başlayıb.

"Başladığı ilk gündən portal Azərbaycanın sosial-iqtisadi həyatı ilə bağlı özəl xəbərlərin istehsalına xüsusi diqqət ayırıb. Bir çox araşdırmaların, o cümlədən bank, sığorta, investisiya şirkətləri, əmlak bazarı, marketlərdə məhsul qiymətləri, həmçinin bölgələrdə kənd təsərrüfatı, səhiyyə və digər sahələrin göstəricilərinin foto və video infoqrafikalar formasında təqdimatı böyük oxucu marağına səbəb olub", - süjetdə vurğulanır.

Materialda portalın təsisçisi Murad Əliyev, fotoqrafı Sadıq Əliverdibəyli, həmçinin saytın nəzdində fəaliyyət göstərən "Praktik Media Məktəbi"nin üzvü Xədicə Vahidli öz fikirlərini bölüşüblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları