SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Antiterror əməliyyatı ilə azad olunan Aşağı Oratağ kəndində 100 ev bərpa olunub

Antiterror əməliyyatı ilə azad olunan Aşağı Oratağ kəndində 100 ev bərpa olunub

  • 13 yanvar 2026, 18:34

Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunan Aşağı Oratağ kəndində hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.

Yurd.Media xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyevə Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, bu kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. 

Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. 

Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.

Sonra dövlət başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları