SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Ağdam–Xankəndi dəmir yolu sərnişindaşımada mobilliyi artıracaq - ADY

Ağdam–Xankəndi dəmir yolu sərnişindaşımada mobilliyi artıracaq - ADY

  • 08 iyul 2025, 15:32
Ağdam

Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu Qarabağ iqtisadi rayonunda nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişindaşımada mobilliyi artıracaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Yurd.Media-ya verilən məlumata görə, uzunluğu 28 kilometr olan bu dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb.

Layihə çərçivəsində Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi inşa olunacaq, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Qarqarçayın sahilində, 6.4 ha sahədə tikiləcək.

Bununla yanaşı, beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur.

Prime Leasing