SÜJET
Təmir işləri ilə əlaqədar Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.
Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 8 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
Belə ki, saat 07:20-də Bakı-Xırdalan-Sumqayıt, 08:10-da Bakı-Xırdalan, 08:40-da Xırdalan-Bakı qatarı, saat 06:25-də Bakı-Pirşağı-Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt-Xırdalan-Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı-Xırdalan, 18:10-da Bakı-Xırdalan-Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt-Xırdalan-Bakı, 18:20-də Xırdalan-Bakı, 19:27-də Sumqayıt-Xırdalan-Bakı, 19:02-də Sumqayıt-Pirşağı-Bakı (ekspres) reysləri ləğv edilir.
Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.
Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.