SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
90-larda icra başçısı olub, yeni vəzifəyə gətirildi - FOTO

90-larda icra başçısı olub, yeni vəzifəyə gətirildi - FOTO

  • 23 iyun 2026, 10:42
Sumqayıt

Ötən əsrin sonrlarında icra başçısı kimi fəaliyyət göstərmiş şəxsə yeni vəzifə verilib.

Yurd.Media "Ölkə.az"-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.

Bu vəzifəyə şəhərin nüfuzlu ağsaqqallarından olan Eldar İsmayılov gətirilib.

Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.

1990-cı ildə Ali Sovetinin deputatı seçilib.

1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999- 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub.

2014-cü ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-Aparat rəhbəri postunu tutub.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 16-da imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa verib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları