SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakıda 14 yaşlı qız itkin düşdü

Bakıda 14 yaşlı qız itkin düşdü

  • 10 iyul 2025, 11:19

Bakıda 14 yaşlı qız itkin düşüb.

Yurd.Media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.

Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 57-də yaşayan Emin Hüseyn oğlu Hüseynov polisə müraciət edərək, iyunun 8-də saat 15 radələrində 2011-ci il təvəllüdlü qızı Rüqəyya Hüseynlinin birgə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing