"X" sosial şəbəkəsinin süni zəka köməkçisi Grok artıq yaddaşa sahibdir.
Elon Musk-ın sahib olduğu şirkətdən verilən məlumata görə, Grok artıq keçmiş məlumatlardan istifadə edə biləcək.
“Yurd.media” "Hürriyet"ə istinadən xəbər verir ki, bu yenilik əsasında istənilən zaman məlumatları silmək mümkündür.
"X" Grok-un yaddaş xüsusiyyətini beta olaraq təqdim edir. Bu üstünlüklərdən İOS və Android əməliyyat sistemlərindən istifadə etmək olacaq. Hal hazırda Avropa birliyində və Böyük Britaniyada bu xüsusiyyətin istifadəsi mümkünsüzdür.
Grok-a bu xüsusiyyət yaxın zamanda yüklənəcək.
Qeyd edək ki, Google buna oxşar xüsusiyyəti fevral ayında gətirib və ChatGPT-də yaddaşdan son zamanlarda istifadə edir.