Tarixi Qobu hamamını sahibkarlar da bərpa edib istifadəyə verə bilər - VİDEO

Tarixi Qobu hamamını sahibkarlar da bərpa edib istifadəyə verə bilər - VİDEO

Abşeron

İki əsrlik yaşı olan Qobu hamamı baxımsız vəziyyətə düşüb və bərpaya ehtiyacı var.

Yurd.Media "Atv"yə istinadən məlumat verir ki, hamamın daxili hissəsi bərbad haldadır.

Sakinlərin sözünə görə, bu hamam Azərbaycanda unikal nadir abidələrdən biridir, amma baxımsızdır - daşlar tökülür, damdakı pəncərədən hamamın daxilinə zibil, toz tökülür.

Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən məsələ ilə bağlı bildirilib ki, Qobu qəsəbəsində yerləşən hamam yerli əhəmiyyət daşıyan tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. 19-cu əsrdə inşa olunan hamam uzun illər qəsəbə sakinlərinin istifadəsində olub. Hazırda dövlət xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Abidənin dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilməsi planlaşdırılır.

Dövlət xidməti tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək, istifadə edilməsində də maraqlı olduğunu bildirib.