Masallıda qədim sənəti yaşadan son ustalardan biri

Masallıda qədim sənəti yaşadan son ustalardan biri

Masallı

Azərbaycanın qədim sənət sahələrindən sayılan Misgərlik sənətini yaşadan Taleh Ağayev hazırda bu işlə məşğul olan tək-tük sənətkarlardan biridir.

Yurd.media "İctimai TV"yə istinadən məlumat verir ki, T. Ağayev Ağdam şəhərində doğulmasına baxmayaraq atası illər öncə Masallı rayonuna köçməyi qərara alıb. Çünki, o zamanlar bu rayonda misgərlik sənətinə böyük tələbat var idi.

Sənətkarın sözlərinə görə, misdən qabların hazırlanması və xüsusi naxışla işlənməsi çətin və diqqət tələb edən işdir. Buna görə də, bu sənət əziyyət tələb edən sahədir. O, həmçinin bildirib ki, bir neçə il bundan əvvəl bu sahəyə maraq demək olar ki, yox dərəcəsində idi. Amma hazırda həm mis qazanlara, həmçinin bu materialdan hazırlanan qablara maraq xeyli artıb.

Taleh ustanın hazırladığı əl işləri arasında müxtəlif qiymətə qablar var. Bunların içində ən bahalılardan biri misdən hazırlanmış xüsusui samovarları misal göstərmək olar. Onların qiyməti 1000 manata qədər yüksələ bilir.

Ustad deyir ki, hazırda ən tələb olunan qab misdən hazırlanmış müxtəlif növ qazanlardır. Çünki, bu qazanlarda bişən yeməklərin özünəməxsus dadı və ləzzəti olur.

Bundan başqa Taleh Ağayev hazırladığı bu qabları internet vasitəsilə turistlərə və yerli əhaliyə də təqdim edərək satışı ilə məşğul olur.