“Qala Sığorta” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 517 əməkdaşının könüllü tibbi sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin qalibi olub.
Yurd.Media xəbər verir ki, Bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Məlumata əsasən, tərəflər arasında 212 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Ötən il bu tenderdə "Meqa Sığorta" ASC qalib elan edilib. Şirkət göstərdiyi xidmət üçün 213,4 min manat haqq alıb.