SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycan bankı yeni şirkət yaratmaq istəyir

Azərbaycan bankı yeni şirkət yaratmaq istəyir

  • 19 mart 2026, 14:54

Dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) yeni şirkət yaratmaq istəyir.

Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.

Məlumata görə, mayın 7-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Səhmdarlar ABB-nin kənar auditdən keçmiş 2025-ci il üzrə maliyyə və idarəetmə hesabatlarını təsdiqləyəcək, ötən ilin maliyyə nəticələrinə əsasən dividend ödənişi, aktivlərin idarə edilməsi üzrə törəmə şirkətin yaradılması, xarici bankda iştirak payının (nəzarət səhm paketinin) alınması, Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələlərini müzakirə edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları