Azərbaycan Mərkəzi Bankı (AMB) ötən gün “Atasığorta” ASC-yə müvəqqəti inzibatçı təyin etdikdən sonra şirkət səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirməyə qərar verib.
Yurd.Media xəbər verir ki, bununla bağlı rəsmi mətbuatda elan verilib.
Elanda deyilir ki, yığıncaq yanvarın 22-də, saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, 9 ünvanında olacaq. Səhmdarlar “Atasığorta”nın maliyyə vəziyyətini və digər məsələləri müzakirə edəcək.