SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Zabratda gənc qayınatasının evindən 7 minlik qızıl oğurladı

Zabratda gənc qayınatasının evindən 7 minlik qızıl oğurladı

  • 09 dekabr 2025, 20:14

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində gənc oğlan qayınatasının evindən 7 minlik qızıl oğurladı.

Yurd.Media xəbər verir ki, Polis əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən mənzildə kənar müdaxilə izləri aşkar edilməyib. Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin iştirakına dair əsaslı şübhələr yaradıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev sahibinin kürəkəni, 22 yaşlı O. İsmayılov talama cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. O, verdiyi izahatda qızıl-zinət əşyalarını sataraq nağd pula çevirmək məqsədilə oğurladığını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Prime Leasing
SPE Annual Caspian