SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Yevlaxda sərxoş kişi qətl törətdi: Ölən var

Yevlaxda sərxoş kişi qətl törətdi: Ölən var

  • 27 iyul 2025, 22:17
Yevlax

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanla nəticələnib.

Yurd.Media xəbər verir ki, hadisə Yevlax şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü İlham Məmmədiyyə oğlu Mirzəyev, 1978-ci il təvəllüdlü həmyerlisi Habil Kərim oğlu Kərimovu bıçaqlayıb.

Aldığı xəsarətlər nəticəsində Habil Kərimov həyatını itirib.

Qətli törətməkdə şübhəli bilinən İlham Mirzəyev Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Məlumata görə, hadisə baş verən zaman şübhəli şəxs sərxoş vəziyyətdə olub.

Prime Leasing