SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxs ifadə verməkdən imtina edib

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxs ifadə verməkdən imtina edib

  • 24 aprel 2026, 15:32

Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.

Yurd.Media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənə ittiham aktı elan edib.

Hakim İ.Səfərəliyevin ittiham olunduğu maddələrin subuta yətiriləcəyi təqdirdə onun 14 ilədək azadlıqdan məhrum edilə biləcəyini xatırladıb.

İntiqam Səfərəliyev özünü elan edilmiş ittihamla təqsirli bilməyib.

Məhkəmə subutların ardıcıllığı ilə birinci olaraq İntiqam Səfərəliyevin sərbəst ifadə verməsini təklif etsə də, təqsirləndirilənin vəkili müvəkkilinin özünü təqsirli bilmədiyini yenidən məhkəmənin diqqətinə çatdıraraq onun hazırda ifadə verməkdən imtina etməsi ilə bağlı vəsatət verib.

Məhkəmə təqsirləndirilənin vəkilinin vəsatətini təmin edərək İntiqam Səfərəliyevin sərbəst ifadə verməsini növbəti prosesə dək təxirə saldı.

Növbəti proses mayın 15-də davam edəcək.

Qeyd edək ki, "AzFinance İnvestisiya Şirkəti"nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.

Onu da qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən "AzFinance İnvestisiya Şirkəti"nin direktoru işləyib. 

Xatırladaq ki, ötən prosesdə İ.Səfərəliyev barədə seçilmiş həbs qərimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərar verərək o iclas zalından azadlığa buraxılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları