Şənbə-bazar günləri polis 6 cinayətin üstünü açıb.
Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
Bildirilib ki, iyunun 13-də və 14-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.