SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakıda narkokuryerdən 30 kiloqrama yaxın marixuana çıxdı - VİDEO

Bakıda narkokuryerdən 30 kiloqrama yaxın marixuana çıxdı - VİDEO

  • 14 iyun 2026, 15:12
Bakı

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, verilən məlumata görə, tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırovdan 30 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb. T.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakıda narkokuryerdən 30 kiloqrama yaxın marixuana çıxdı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları