SÜJET
Şəkidə iki nəfər gənc oğlan bıçaqlanıb.
Yurd.Media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki "Ana Abidəsi" memarlıq kompleksinin qarşısında baş verib. Şəhər sakini Ayxan Ağayev (soyadı şərtidir) tanışları Sabir və Ziya adlı şəxsləri bıçaqlayıb.
Yaralılar xəstəxanaya çatdırılıblar və faktla bağlı cinayət işi başlanıb.
Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan edilib və A.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə cəzanı şərti hesab edib.
İttihama görə, hadisə qıza görə baş verib. Belə ki, A.Ağayev məlumat alıb ki, əvvəllər sevgili olduğu Günel adlı xanımla Sabir sevgi münasibətləri yaşayır. O bu barədə Sabirə xəbərdarlıq edib və qızdan ayrılmasını istəyib. Daha sonra Ayxan parkda Sabir və onun dostu Ziya ilə görüşüb. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb, dostlar Ayxanı döyüblər. Ayxan isə üzərində gəzdirdiyi bıçaqla hər iki şəxsi bıçaqlayıb.