SÜJET
Şamaxıda qətl hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, kürəkən 1994-cü il təvəllüdlü Əliyev Teymur Vüqar oğlu ailə münasibətləri zəminində qayınatası 1971-ci il təvəllüdlü Quliyev Elşen Seyfi oğluna bıçaqla xəsarət yetirib və ağır yaralayıb.
Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Bıçaqlanan şəxs bir müddət sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.