SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Sabirabadda öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anasını evindən kim aparıb? - YENİLƏNİB

Sabirabadda öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anasını evindən kim aparıb? - YENİLƏNİB

  • 22 may 2025, 13:27
Sabirabad

Sabirabadda qətlə yetirilən 16 yaşlı Nuranə Ələkbərovanın anası yaşadığı ünvana qayıdıb.

Yurd.Media xəbər verir ki, qonşuların Oxu.Az-a verdikləri məlumata görə, qadın hadisədən sonra psixoloji gərginlik keçirdiyi üçün qohumlarının evinə aparılıbmış. Ona müəyyən müddətə yardım göstəriləndən sonra yenidən evinə qaytarılıb. Hazırda qadın qeydiyyatda olduğu yox, yaşadığı ünvandadır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məlumat yoxlanılıb və qadın hazırda evindədir, itkin düşmə faktı yoxdur.

***12:20

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təfərrüat məlum olub.

Yurd.Media Oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra gəlinin anası yoxa çıxıb. Sonuncu dəfə qadın qızı qətlə yetirilən gün evində olsa da, hadisədən sonra o, yaşadığı evdən çıxıb və bir daha həmin ünvana qayıtmayıb. Qadının harada olduğu barədə dəqiq məlumat yoxdur.

Qonşularının dediyinə görə, sonuncu dəfə onu qətl hadisəsi baş verən gün səhər saatlarında görüblər. Həmin andan etibarən qadından məlumat yoxdur. Hadisədən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri həmin ünvana gəlsələr də, onu tapa bilməyiblər.

Məlumata görə, qadın həmin vaxtdan sonra başqa ünvana köçüb.

Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Prime Leasing