SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Saatlıda çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı

  • 09 sentyabr 2025, 12:36
Saatlı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Çinarə Astanova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yurd.Media-ya verilən məlumata görə, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Prime Leasing