Qusarda kişi keçmiş həyat yoldaşını öldürüb
Baş Prokurorluqdan Yurd.Media-ya bildirilib ki, qadının öldürülməsi ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Qeyd olunub ki, araşdırma zamanı rayonun Hil kənd sakini 35 yaşlı Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.