SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Paytaxtda moped və qızıl-zinət əşyası oğurlayan şəxslər saxlanıldı

Paytaxtda moped və qızıl-zinət əşyası oğurlayan şəxslər saxlanıldı

  • 19 avqust 2025, 12:43
Bakı

Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8000 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə müraciət edib.

Yurd.Media-ya verilən məlumata görə, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Ə.Namazov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə zərərçəkmişə məxsus mopedi oğurlamaqda şübhəli bilinən A.Şükürov da saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Prime Leasing