SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Naxçıvanda kişi paltarı geyinmiş qadın 45 min manat oğurlayıb

Naxçıvanda kişi paltarı geyinmiş qadın 45 min manat oğurlayıb

  • 18 sentyabr 2025, 14:29
Babək

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda evdən külli miqdarda pul oğurlanıb.

Yurd.Media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, rayonda yerləşən evlərin birindən 45 000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Prime Leasing