SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Meşədə narkotik saxlancı aşkarlandı - İsmayıllıda əməliyyat

Meşədə narkotik saxlancı aşkarlandı - İsmayıllıda əməliyyat

  • 24 iyun 2026, 10:26
İsmayıllı

İsmayıllı rayonunda keçirilən əməliyyatla meşədə narkotik saxlancı aşkar olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə meşəlik ərazidə gizlətdiyi müəyyən olunub. 

Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları