Müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora işə düzəltmə vədi verərək ümumilikdə 29 min manat pul vəsaitini ələ keçirən şəxs saxlanılıb.
Yurd.Media xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıblar.
Aparılan araşdırmalarla İ. Əliyevin , lakin vədlərinə əməl etmədiyi və əldə etdiyi vəsaiti mənimsədiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İ.Əliyevin analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər