SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Gəncədə bıçaqlanma: Yeniyetmə saxlanıldı

Gəncədə bıçaqlanma: Yeniyetmə saxlanıldı

  • 17 may 2025, 19:04
Gəncə

Gəncədə 18 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilib.

Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Maqsud Tağıyev vaxtında xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

M.Tağıyev bud nahiyəsindən xəsarət alıb. Onun bıçaqlamaqda şübhəli bilinən həmyaşıdı saxlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Maqsud Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.