SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Gəncədə 24 yaşlı oğlan yeznəsi və onun qardaşını bıçaqlayıb

Gəncədə 24 yaşlı oğlan yeznəsi və onun qardaşını bıçaqlayıb

  • 23 iyul 2025, 11:39
Gəncə

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, 1993-cü il təvəllüdlü Vüqar Qazıyev və qardaşı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyev bıçaqlanıblar.

Yaralılar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara budun açıq və döş qəfəsinin digər şöbələrinin açıq yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Şəhərin Gülüstan qəsəbəsində baş verən hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

Qardaşlarını bıçaqlamaqda 2001-ci il təvəllüdlü Fərid Qurbanov şübhəli bilinir.

Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən F.Qurbanov Dilsuz Qazıyevin keçmiş qaynıdır. 

Prime Leasing