SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakıda klinika direktoru olan ərinin güllələdiyi qadının son vəziyyəti açıqlandı

Bakıda klinika direktoru olan ərinin güllələdiyi qadının son vəziyyəti açıqlandı

  • 17 iyul 2025, 17:53
Bakı

Referans Hospitalın Mərdəkan filialının direktorunun xəsarət yetirdiyi həyat yoldaşının vəziyyəti ağırdır.

Bu barədə Yurd.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, iyulun 16-da saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Pasiyent əməliyyat edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda deyilib.

Qeyd edək ki, şübhəli şəxs qismində tutulan Vasif Kərimov "Referans" klinikasının Mərdəkan filialının direktorudur.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Prime Leasing