SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bakıda gecələr marketləri talayan şəxs ələ keçirildi

Bakıda gecələr marketləri talayan şəxs ələ keçirildi

  • 08 yanvar 2026, 20:32
Bakı

Bakıda gecələr marketlərin qapılarını sındıraraq talançılıq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Yurd.Media-ya bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində yerləşən dörd marketi talayıb:

"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı N.Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında marketlərin qapılarını sındıraraq içəri daxil olduğu və obyektlərdən nağd pul, tütün, eləcə də digər məhsulları taladığı məlum olub".

Hazırda araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları