SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıda dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd edənlər SAXLANILDILAR

Bakıda dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd edənlər SAXLANILDILAR

Xəzər rayonu ərazisində dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərən şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, əməliyyat zamanı hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova, 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar. 

Faktla əlaqədar cinayət işi başlanılıb və 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Prime Leasing