İllər əvvəl mobil telefonunu soyğunçuluğuna görə saxlanılan şəxs bu gün axşam saatlarında qətlə yetirilib.
Yurd.Media xəbər verir ki, hadisə bu gün saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 47 yaşlı Emil Hüseynov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Rasim Larionov 2018-ci ilin may ayında Nizami rayonunun Q.Qarayev prospektində daha 2 nəfərlə əlbir olaraq Bakı şəhər sakini R.Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə ondan almışdı və bu əməlinə görə polis tərəfindən saxlanılmışdı.