SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan üzərindən Polşaya aparılan 40 kiloqrama yaxın heroin AŞKARLANDI

Azərbaycan üzərindən Polşaya aparılan 40 kiloqrama yaxın heroin AŞKARLANDI

  • 19 yanvar 2026, 12:02
Naxçıvan

Azərbaycandan üzərindən Polşaya aparılması nəzərdə turulan 40 kiloqrama yaxın heroin aşkarlandı.

Yurd.Media xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.

"Culfa" gömrük postunda ölkədən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr" yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları