SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
At ətini mal əti adı ilə Bakıya gətirirmiş - FOTO

At ətini mal əti adı ilə Bakıya gətirirmiş - FOTO

  • 21 noyabr 2025, 13:53
Bərdə

Avtomobilin saxlanc yerində antisanitar şəraitdə mal əti adı altında mənşəyi məlum olmayan əti Bakıya aparan şəxs saxlanılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Bərdədə 154 kiloqram at ətinin mal əti adı ilə satışa çıxarılmasının qarşısı alınıb.

Bildirilib ki, AQTA-nın və Daxili İşlər Nazirliyi Bərdə RPŞ-nin əməkdaşlarınin keçirdiyi reyd zamanı Bərdə rayonunda fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.

Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Hüseynov Natiq Vaqif oğlu mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.

Prime Leasing
SPE Annual Caspian