SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
10 manat borcunu geri istəyən gənc bıçaqlanıb öldürüldü

10 manat borcunu geri istəyən gənc bıçaqlanıb öldürüldü

  • 15 oktyabr 2025, 23:38
Abşeron

Xırdalanda Elmir Bədirov adlı gənc 19 yaşlı  Fərid Məmmədov tərəfindən bıçaqlanaraq öldürülüb.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhəri Heydər Əliyev küçəsində yerləşən Ana-Bala parkında baş verib.

2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsinə səbəb Elmirin ona verdiyi 10 manat borcunun istəməsi olub.

Buna görə aralarında dava düşüb.

Fərid bıçaqla Elmirə zərbələr endirib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Prime Leasing