SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
AMB iqtisadi artımla bağlı proqnozunu yarım faizə endirib

AMB iqtisadi artımla bağlı proqnozunu yarım faizə endirib

  • 05 avqust 2026, 13:12

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artımla bağlı proqnozunu 1,1%-dən 0,5%-ə endirib.

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.

Maraqlıdır ki, tənzimləyici qurum ÜDM-in artımı ilə bağlı proqnozunu ölkə iqtisadiyyatının yenidən böyüməsi fonunda pisləşdirib.

Dövlət Statistika Komitəsi (DSK) yanvar-may aylarında ölkədə iqtisadi artım qeydə alınmadığını, yanvar-iyun aylarında isə ÜDM-in 0,8% artdığını açıqlamışdı.

AMB-yə Taleh Kazımov, DSK-ya isə Azər Mursaqulov rəhbərlik edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları