SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Naxçıvanda istehlakçılara 3 milyon manata yaxın ƏDV geri qaytarılıb

Naxçıvanda istehlakçılara 3 milyon manata yaxın ƏDV geri qaytarılıb

  • 23 iyun 2025, 11:19
Naxçıvan

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Yurd.Media xəbər verir ki, 2025-ci ilin yanvar-may aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 185 milyon manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz çoxdur.

Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-may aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 16,7 faiz artaraq 654,1 min manat olub.

Prime Leasing