"İstilikenerjitikintiquraşdırma" ASC noyabrın 27-də, saat 10:00-da səhmdarlarının növbəti ümumi yığıncağını keçirəcək.
Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, yığımcaq Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti, 33a ünvanında olacaq. Səhmdarlar Cəmiyyətin 2025-ci hesabat ili üzrə maliyyə-təsərrüfat hesabatlarını müzakirə və təsdiq edəcək, eləcə də digər məsələləri müzakirə edəcək.